Xezer.info
01:25
İsmayıllı rayonu, Lahıc qəsəbə sakinləri Səmədov Dəyanət Səməndər oğlu, Səmədova Tamara Bəşir qızı, Səmədov Ədalət Səməndər oğlu və Səmədova Xoşqədəm Səməndər qızı "AzPolitika.info"ya müraciətlərində bildiriblər ki, Əlizadə İradə Ağaməşədi qızı və Səmədova Səbinə Ləyaqət qızı onlardan İsmayıllı Rayon Məhkəməsinə şikayət ediblər. Şikayətçilər bildirirlər ki, məhkəmə qəbul etdiyi qətnamədə mənəvi ziyan tutmasını onunla əsaslandırıb ki, Səmədov Dəyanət və Səmədova Tamara tərəfindən iddiaçı barəsində istər sosial şəbəkələrdə, istər dövlət orqanlarına yazılan şikayət ərizələrində göstərilən məlumatlar cəmiyyət arasında yayılmış, həmin məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi müəyyən edilib: “Məhkəmə sosial şəbəkə dedikdə "lahıç_qədimçayevi" instagram profilində olan məlumatları nəzərdə tutub.