Evini girov qoyub kredit götürənlərin əmlakı necə satılır? -VİDEO

Evini girov qoyub kredit götürənlərin əmlakı necə satılır? -VİDEO

Krediti vaxtında ödəməyəndə məhkəmələr əmlakın hərraca çıxarılaraq satılması barədə qətnamə çıxarır.

Əsas mabahisələr də bundan sonra başlayır. Mənzilin qiymətləndirilməsi və hərracda satıldığı qiymət real bazar dəyərindən aşağı olur.

Belə olan halda borclunun hansı hüquqları var? Hansı halda borc ödənilmədən belə girov ipotekadan azad edilir?

xəbər verir ki, bu barədə İctimai kanalda ətraflı material yayımlanıb. Bildirilir ki, götürülmüş borcun təminatı olaraq əmlak girov qoyulursa, ekspertlər tərəfindən qiymətləndirilmə aparılır. Müəyyən dəyər əsasında qəbul edilir ki, bu da ipoteka adlanır. Şəxs götürdüyü öhdəliyi yerinə yetirə bilmədikdə borcun əvəzi həmin girova yönəldilir. Bu, məcburi qaydada iki formada olur: Notariusun qeydi və məhkəmənin qərarı əsasında.

Məhkəmə qətnaməsi ilə borc əmlaka yönəldilərsə, yenə də ekspertlər vasitəsilə bir ay müddətində bazar qiymətindən daha aşağı dəyər müəyyənləşdilir. Qiymətləndirilmədə şübhəli məqamlar olarsa, məhkəmənin təkrar ekspertiza təyin etmək hüququ var.

İkinci rəylə birinci arasında əsaslı rəylər yaranarsa iki qiymətdən daha dəqiqini təyin etməkçün 3- cü ekspertiza aparılır. Əgər əmlak qiymətləndirildiyi dövrdən hərraca çıxarılanadək 3 ay keçərsə, bazardakı qiymət dəyişiklikləri nəzərə alınmaqla yenidən ekspertiza aparılmalıdır. Hər bir əmlakın qiyətləndiilrməsi ilə bağlı qiymətləndirmə əməliyyatı haqqında qanun, həmçinin yerli və beynlxalq qiymətləndirmə standartları əsas götürülür.

Yekun dəyərə gəlmək formaları isə məhkəmədəki ekspertiza rəylərində göstərilməlidir. Tərəflərdən biri qiymətləndirilmənin düz aparılmadığına dair iddia qaldırıb məhkəmə qarşısında əsaslandıra bilərsə, təkrar ekspertiza aparılır. Eləcə də məhkəmə borclu tələbkarın qiyətləndirilmədə iştirakına qərar verərsə, ekspertiza bunu təmin etməlidir. Əks təqdirdə nəticələr etibarsız hesab olunacaq. Doğru rəy əldə olunduqdan sonra məhkəmə tərəfindən əmlak satılması üçün hərraca yönəldilir.

Birinci və ikinci hərrac proseslərində tərəflərlə yanaşı, əmlakın dəyərinin 5 faizini ödəməklə üçüncü tərəflər də iştirak edə bilər. Bu proseslərdə ev satılmadıqda bank əmlakı mülkiyyətinə keçirmək istəyirsə, bir ay ərzində evi almaqla bağlı sənədləşmədə iştirak etməlidir.

https://www.facebook.com/watch/?v=1383088155535196

Şəlalə Babayeva