Arestoviç: “Severodonetsk və Lisiçansk uğrunda döyüşlər kuliminasiya mərhələsinə daxil olub”

Arestoviç: “Severodonetsk və Lisiçansk uğrunda döyüşlər kuliminasiya mərhələsinə daxil olub”

Severodonetsk və Lisiçansk uğrunda döyüşlər kuliminasiya mərhələsinə daxil olub.

APA CNN-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin müşaviri Aleksey Arestoviç ölkənin milli telekanalına açıqlamasında deyib.

“Bu mərhələ hərbi nöqteyi-nəzərdən olduqca dəhşətli görünür”, - o vurğulayıb.

Arestoviç hazırkı vəziyyəti “boksun 18-ci raundu”na bənzədib.

“Ora iki artilleriya batalyonu göndərən istənilən tərəf döyüşdə qalib gələcək. Gəlin görək, kim göndərəcək. Kimin (bu batalyonları) var. Bunu hər iki tərəfdən də yalnız hərbi komandanlıq bilir”, - Prezidentin müşaviri əlavə edib.

İsveç Türkiyə ilə razılaşmaq üçün iyulun 1-dən terror qanunu qəbul edir Ukrayna və Rusiya müharibədə ölən hərbçilərin meyitlərini dəyişdiriblər Britaniyalı nazirlər Boris Consonu dəstəklədiklərini bildiriblər