İki müəssisəyə iki milyon manatdan artıq güzəştli kredit verilib (FOTO)

İki müəssisəyə iki milyon manatdan artıq güzəştli kredit verilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda iki sahibkarlıq müəssisəsinə iki milyon manatdan artıq güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Sahibkarlığın İnkişafı Fondu tərəfindən yerli istehsalın təşviqi və sahibkarlara dəstək məqsədilə əlcək istehsalı ilə məşğul olan “Xanni-2017” MMC-yə 2 mln. manat və meyvə-tərəvəz məhsullarının emalı üzrə ixtisaslaşmış “Brightman BMC” MMC-yə 100 min manat güzəştli kredit verilib", - nazir deyib.