Bütün yollar yerin altından çəkilsəydi...

Bütün yollar yerin altından çəkilsəydi...

Yollar şəhərləri çirkləndirir, ictimai yerləri “yeyir” və yaşayış yerlərini parçalayır. Onları yerin altına köçürmək kömək edə bilərmi?

Axar.az xəbər verir ki, bu barədə BBC araşdırma aparıb.

Araşdırmada deyilir ki, 1863-cü ildə tıxacı azaltmaq üçün London dünyanın ilk yeraltı xəttini - Metropolitan Dəmir Yolunu açıb. Ondan iyirmi il əvvəl, Temzanın altındakı dünyanın ilk sualtı tuneli isə sürətlə həm piyadalar arasında populyarlaşıb, həm də xeyli turist cəlb edib.

Bəs qatarlar, elektrik xətləri, borular, kabellər, kanalizasiya kimi infrastrukturları yerin altına köçürsək, nə baş verərdi?

Dünyada 64 milyon km-dən çox yol var və bunların artması da proqnozlaşdırılır. Gəlirlər artdıqca, daha çox insan avtomobil ala bilir. Proqnozlara görə, 2040-cı ilə qədər yollarda iki milyard avtomobil olacaq və tıxac səviyyəsi 50%-dən çox artacaq. Amerikalı sürücülər hər il tıxacda oturaraq təxminən 54 saat vaxt itirir.

Teslanın qurucusu İlon Mask 2018-ci ildə öz tunel şirkəti “Boring Company” üçün keçirilən tədbirdə demişdi:

"Tıxac ruhu məhv edir. Məncə, lənətə gəlmiş nəqliyyat problemini həll edə biləcək cavab var: yolları yerin altından çəkmək”.

Yerüstü yolları olmayan bir dünyanın ən təsirli mənzərəsi budur ki, bütün dünyada böyük bir boşluq olacaq. Müsbət tərəfləri isə landşaftlar parçalanmayacaq, əkinçilik və kənd təsərrüfatı üçün ərazilər artacaq.