Co Bayden Avropaya səfər edir

Co Bayden Avropaya səfər edir

ABŞ Prezidenti Co Bayden Böyük Yeddilik Qrupu (G7) və NATO sammitlərində iştirak etmək üçün Avropaya səfər edir.

APA xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ dövlət katibi Entoni Blinken də səfərdə iştirak edəcək.

G7 liderlərinin görüşü iyunun 26-28-də Almaniyanın cənubundakı Qarmiş-Partenkirxen şəhəri yaxınlığındakı Elmau qəsrində, NATO sammiti isə iyunun 28-30-da Madriddə keçiriləcək.

Hər iki tədbirin əsas mövzularından birinin Ukrayna ətrafındakı vəziyyət olacağı gözlənilir.

Amerika administrasiyasının nümayəndəsinin daha əvvəl jurnalistlərə verdiyi məlumata görə, Birləşmiş Ştatlar Kiyevə hərbi yardımın göstərilməsi və onun mümkün genişləndirilməsi ilə bağlı məsələlərin fəal müzakirəsinə ümid edir.

G7 liderləri həmçinin Rusiyaya təzyiqin artırılmasını müzakirə edəcəklər.

Ukrayna Prezidenti Vladimir Zelenski hər iki sammitdə videobağlantı vasitəsilə çıxış edəcək.

ABŞ-da yanğın böyük qoruq ərazisini məhv edib Nikolas Maduro Türkiyəyə səfər edəcək ABŞ nümayəndələri yaxın günlərdə Talibanla məsləhətləşmələr aparacaq