Bu il 140 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb

Bu il 140 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb

Bu ilin yanvar-may ayları ərzində mülkiyyət hüququnun qeydiyyatı aparılan daşınmaz əmlakların sayı 139 414 olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, 5 aylıq göstəricinin 36 158-i (25,9%-i) ilkin, 103 256-sı (74,1%-i) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may ayları ərzində ilkin qeydiyyat 29,1% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 18 893-ü fərdi yaşayış və bağ evi, 33 719-u mənzil, 82 185-i torpaq sahəsi, 1 427-si qeyri-yaşayış binası, 2 851-i qeyri-yaşayış sahəsi, 321-i əmlak kompleksi, 17-si çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir.

Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 35 802-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

Bizim.Media