Avropada “Ryanair”in onlarla reysi ləğv edilib: Şirkət işçiləri tətil edirlər

Avropada “Ryanair”in onlarla reysi ləğv edilib: Şirkət işçiləri tətil edirlər

Avropada İrlandiyanın aşağı büdcəli “Ryanair” aviaşirkətinin onlarla reysi bu həftəsonu şirkətin işçilərinin bir sıra Aİ ölkələrindəki həmkarlar ittifaqları tərəfindən elan edilən tətilə görə ləğv edilib.

Bu barədə AFP xəbər verir.

Qərar Brüsselə qədər və ya Brüsseldən bir çox Avropa istiqamətlərinə təsir edəcək - planlaşdırılan 34 uçuşdan 10-u, təxminən üçdəbiri ləğv edilib.

Belçika, İspaniya, Fransa, İtaliya və Portuqaliyada həmkarlar ittifaqları tərəfindən tətil xəbərdarlığı edilib. Onlar əməkhaqqının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Belçika, İspaniya və Portuqaliyada tətil artıq başlayıb və iyunun 26-dək davam edəcək, Fransada isə 25-26 iyun tarixlərində tətil olacağı elan edilib.

Mənbə: Yevropeyskaya pravda