DGK-dan daha bir qanunsuzluq - Yüklə dolu maşın terminaldan qanunsuz olaraq çıxarıldı - Videolar

DGK-dan daha bir qanunsuzluq - Yüklə dolu maşın terminaldan qanunsuz olaraq çıxarıldı - Videolar

Ötən gün axşam saatlarında Bizimxeber.az-ın redaksiyasına müraciət edən iş adamı, "Global-Techizat 2022" Məhdud Məsuliyyətli Cəmiyyətin səlahiyyətli nümayəndəsi Qocamanov Ayaz İlyas oğlunun Bakı Baş Gömrük İdarəsində problemlə üzləşdiyi ilə bağlı məlumat vermişdik.

Müraciətdə qeyd olunurdu ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli və aidiyyatı şəxslər onun hüquqlarını pozmaqla yanaşı, rəsmi müraciətinə şifahi cavab verir.

"Bu qanunların kobud şəkildə pozulması deməkdir"- deyə Ayaz Qocamanov bildirib.

Belə ki, bütün bunlara rəğmən, axşam saatlarında bəlli olub ki, ona məxsus Almaniyadan gələn yüklə dolu yük maşın Xocəsən Gömrük Terminalına giriş etsə də, 45 dəqiqədən sonra çölə çıxaırılıb.

Maşının terminaldan çölə çıxarıldığının səbəbini soruşan sürücü və iş adamına terminalın növbətçi hissəsindən bildirilib ki, göstəriş rəhbərlik tərəfindən verilib. Əlavə heç bir səbəb göstərməyən terminalın növbətçi hisssəsinin təkidi ilə avtomobil terminaldan çölə çıxarılıb.

Yükü ölkəyə gətirən sürücü, Gürcüstan vətəndaşı bildirib ki, maşın ölkə sərhədlərindən keçdiyi zaman avtomobilə vurulan GPRS-də istiqamət bu Xocəsən Gömrük Terminalı göstərilib. Bu səbəbdən də maşın verilən istiqamətdən kənara çıxmayaraq, vaxtından əvvəl Xocəsən Gömrük Terminalına çatıb.

Amma Xocəsən Gömrük Terminalında sürücüyə və iş adamına bildirilib ki, yüklə dolu maşın İpək Yolu Terminalına sürülməlidir. Sürücü və iş adamı isə buna etiraz edrək bu halın qanunsuz olduğunu, göstərilən ünvandan kənara çıxmağın mümkünsüz olmasını bildiriblər. Bütün bunlara baxmayaraq, terminala daxil olmuş yük maşını çölə çıxaılıb. Avtomobilin terminala daxil olması üçün 36 saat müddət mövcuddur. Bu tarix bu gün saat 21:00-da bitir. Hansı ki, yüklə dolu avtomobil vaxtından əvvəl terminala çatmışdır".

İş admı Ayaz Qocamanov bildirib ki, uzun illərdir Gömrük sistemində bu və ya diğər problemlərin varlığı ilə rastlaşıb, amma belə bir analoqsuz problemin olması artıq bu sistemin çöküşünə işarədir: "Uzun illərdir bu və ya diğər problemlərin şahidiyik. Əlavə rüsumların ödənilməsindən tutmuş daha başqa problemlərə kimi. Amma yüklə dolu avtomobilin terminaldan qovulmasının şahidi olmamışdım. Elə isə aidiyyatı qurumların rəhbərlərinə, DGK sədri Səfər Mehdiyevə, son günlər Komitədə araşdırma və əməliyyat aparan qurumların nümayəndələrinə sualım var. Bütün rəsmi sənədlərdə, həmçinin qısa bəyənnamədə qeyd olunub ki, yükün təyinat yeri Sumqayıt Baş Gömrük İdarəsidir.

Nədənsə Mazımçay Gömrük Postunda bizə bəlli olmayan səbəblərdən bəyənnamədə qeyd olunan təyinat nöqtəsi dəyişdirilib. Mən bunun kimlər tərədinfən edildiyini bilmirəm, rəsmi olaraq cavabını da vermirlər. Təyinat yerinin niyə dəyişdirilməsini aydınlaşdırmaq üçün Bakı Baş Gömrük İdarəsinə rəsmi müraciət də etmişdim. Amma qurumdan müraciətimə heç bir rəsmi cavab verilmədi və üstəlik axşam saatlarında qanuni yük avtomabili terminaldan qovularaq küçəyə atıldı".

Mətbuat vasitəsilə bütün aidiyyatı qurumlara müraciət edərək bildirirəm ki, mən Azərbaycan Respublikasında uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğulam, həmişə qanunların aliliyini qoruyan, vergilərini vaxtında ödəyən iş adamlarından biriyəm. Ümid edirəm ki, bu gün baş verənlər araşdırılacaq, problem qısa müddətdə öz həllini tapacaq.