Tərkibində çoxlu şəkər olduğundan diabet xəstələrinə tövsiyə edilmir, amma...

Tərkibində çoxlu şəkər olduğundan diabet xəstələrinə tövsiyə edilmir, amma...

"Yay masasını yetişmiş və soyuq qarpız lətinin dilimləri olmadan təsəvvür etmək mümkün deyil..."

"Qarpız təkcə susuzluğu yatırtmır, həm də orqanizm üçün faydalıdır..."

"Qarpız 90 faiz sudan və 6 faiz şəkərdən ibarətdir..."

"Qarpızın dadlı olmayan qabığı və toxumları da faydalıdır"

Xoş və şirin dadına, həmçinin mineralların və suyun yüksək tərkibinə görə qarpız təkcə susuzluğu yatırtmır, həm də sağlamlıq üçün faydalıdır.

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

Qarpız təxminən 90 faiz sudan ibarətdir, bu zaman o, həm də vitaminlər və antioksidantlarla zəngindir. Bununla yanaşı, düzgün qidalanmaya riayət edənlər arasında son zamanlar qarpızın populyarlığı azalıb, bu da onun tərkibində həddən artıq kalorinin və şəkərin olması ilə bağlıdır. Lakin bu gün biz bu dadlı, şirəli meyvəyə öz xeyirxah adını qaytarmaq istəyirik.

Pəhriz zamanı qarpız yemək olarmı?

Yay masasını yetişmiş və soyuq qarpız lətinin dilimləri olmadan təsəvvür etmək mümkün deyil. Əksəriyyət yay meyvələri kimi, onun tərkibində kifayət qədər çox şəkər olmasına rəğmən, qarpız sizin qida rasionunuza faydalı əlavə ola bilər, əsas odur ki, nə zaman onu yeməyi dayandırmağı biləsiniz.

Əgər siz sağlam çəkinizi saxlamaq və ya artıq çəkidən qurtulmaq istəyirsinizsə, dietoloqlar gündə bu meyvənin iki-üç porsiyasından istifadə etməyi tövsiyə edir.

Məsələn, bir stəkan qarpız lətinin dilimlərində təxminən 45 kalori və 11 qram karbohidrat var.

Gün ərzində istisnasız olaraq qarpız lətinin yeyilməsini nəzərdə tutan məlum qarpız monopəhrizinə gəldikdə, biz onu sizə heç məsləhət görmürük. Doğrudur, bu üsulla bədən çəkisinin 2-3 kiloqramındam xilas olmaq mümkündür, amma siz yağdan deyil, sudan xilas olacaqsınız, bu da sonrakı bir neçə gündə asanlıqla bərpa ediləcək.

Həm də istənilən monopəhrizdə orqanizm lazımi qədər zülal və yağlar almayacaq, bu da başgicəllənməsinə və ya zəifliyə gətirib çıxara bilər.

Qarpızın sağlamlıq üçün hansı faydası var?

Qarpızın tərkibində çoxlu kalium, maqnezium və kalsium var, C, A və B vitaminləri ilə, həm də pomidorda, başqa qırmızı tərəvəzlərdə və meyvələrdə olan antioksidantlarla zəngindir.

Məlumdur ki, likopin prostat xərşənginin və onkoloji xəstəliklərinin digər növlərinin qarşısının alınmasına kömək edir.

Bu antioksidant xolesterinin miqdarını və arterial təzyiqi aşağı salır, həmçinin ürək və qan damarları ilə bağlı problemləri azaldır.

Qarpız arginin adlı amin turşusunun əla mənbəyidir, yağların tez yanmasına kömək edir.

Dediyimiz kimi, qarpız 90 faiz sudan və 6 faiz şəkərdən ibarətdir. Qarpızdan istifadə edildikdə orqanizmə daxil olan su təkcə susuzluğu yatırtmır, həm də kalorinin az olmasına rəğmən, doyma hissi yaradır. Bundan başqa, qida rasionunda qarpızın olması həzm sistemi ilə bağlı problemləri və qəbizliyi aradan götürür.

Az adam qarpızın dadlı olmayan hissələrinin də sağlamlıq üçün faydasını bilir. Onun qabığında və toxumlarında limon turşusunun sitrullini var ki, o da arginin amin turşusuna çevrilərək, ürək və qandövranının sağlamlığını yaxşılaşdırır, immun sistemini möhkələndirir, hətta seksual funksiyanı yaxşılaşdırır. Qarpızın toxumlarında həmçinin dəmir, fol turşusu və maqnezium var.

Qarpızı necə istifadə etməli?

Qarpız qabığını xırdalayıb püre vəziyyətinə salıb, salatlara, ədviyyatlara və şorbaya əlavə etmək olar. Qarpız toxumlarını duxovkada 10-15 dəqiqə ərzində 350 dərəcəyədək qızdırıb, oba zeytun yağı və duz əlavə edib, salatlarda istifadə etmək olar.

Qarpızı masaya nə ilə gətirmək lazımdır?

Qarızın tərkibində çoxlu miqdarda şəkər olduğundan diabetiklərə və diabetdənöncəki vəziyyətdə olan insanlara tövsiyə edilmir.

Orqanizmdə şəkərin miqdarını bir qədər azaltmaq üçün qarpızdan istifadə edilməsinin ən düzgün üsulu onu yağlar və ya zülallarla birgə istifadə edilməsidir ki, bu da natural şəkərin mənimsənilməsini ləngidir.

Buradan belə nəticəyə gəlmək olar ki, ən yaxşı yay resepti qarpızın duzlu bolqar və ya ağ pəhriz pendiri ilə birgə istifadə edilməsidir. Və qarpızı kəsməzdən əvvəl onu mütləq yumaq lazımdır.

Healthy Walla