"Uğursuzluğumuzda baş məşqçinin payı oldu, mən bu barədə ona danışdım"

"Uğursuzluğumuzda baş məşqçinin payı oldu, mən bu barədə ona danışdım"

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu keçmiş klubu “Milan” haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, “İnter”in “Milan”dan daha güclü olduğunu deyib:

“İnter” “Milan”dan qat-qat güclüdür. “Milan”la qarşılaşdığımız matçda 75-ci dəqiqədən sonra məni və İvan Perişiçi əvəzlədilər, derbidə məğlub olduq.

1:0 öndə idik və 1:2 hesabı ilə uduzduq. Uğursuzluğumuzda baş məşqçi Simone İnzaqinin payı oldu, mən bu barədə ona danışdım.

İtaliya kubokunun yarımfinalında isə onları məğlub etdik”.

Çalhanoğlu 2017-2021-ci illərdə “Milan”da çıxış edib, sonra “İnter”ə keçib. 28 yaşlı türk futbolçu ötən mövsüm 46 matça çıxıb, 8 qol vurub, 13 məhsuldar ötürmə edib.