"El-Klassiko"lar bu tarixdə keçiriləcək - Yeni mövsümdə

"El-Klassiko"lar bu tarixdə keçiriləcək - Yeni mövsümdə

La Liqada yeni mövsümün "El Klassiko"larının vaxtı bilinib.

Sportinfo.az xəbər verir ki, "Real" və "Barselona" arasında 2022/2023 mövsümündə ilk matç oktyabrın 16-da Madriddə (9-cu tur) keçiriləcək.

Bu komandalar 19 mart 2023-cü ildə Barselonada (26-cı tur) növbəti dəfə qarşılaşacaqlar.

La Liqada yeni mövsümün ilk turun oyunları avqustun 14-də keçiriləcək. Mövsüm 4 iyun 2023-cü ildə başa çatacaq.