"Qəbələ"nin önünə çıxacaq - Rumıniyalı yarımmüdafiəçi

"Qəbələ"nin önünə çıxacaq - Rumıniyalı yarımmüdafiəçi

Konfrans Liqasında “Qəbələ”nin rəqibi olan “Fehervar” transfer həyata keçirib.

Sportinfo.az Macarıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, Rumıniya millisinin üzvü Klaudiu Bumba ilə 2 illik müqavilə imzalanıb.

Vinger “Baya Mare”, “Tarqu Mureş”, “Hapoel” (Tel-Əviv), “Dinamo”(Buxarest) “Konkordiya Çayna”, “Adanaspor” klublarında çıxış edib. Onun sonuncu klubu Macarıstan“Kişvar”dası olub.

"Qəbələ" və "Fehervar" komandaları arasında görüşlər iyulun 21-də Macarıstanda, 28-də isə Qəbələdə keçiriləcək.