Onun “Neftçi” ilə müqavilə imzalaması mənim üçün sürpriz oldu"

Onun “Neftçi” ilə müqavilə imzalaması mənim üçün sürpriz oldu"

“Laurentsiu Reqekampf çox yaxşı məşqçidi. Rumıniyanın ən yaxşılarından hesab edilir.

O, "Styaua"nın baş məşqçisi kimi Avropa Liqası və Çempionlar Liqasının qrup mərhələlərində iştirak edib”.

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Adrian Skarlatake deyib. Uzun illər Azərbaycanda oynamış müdafiəçi “Neftçi”yə baş məşqçi təyin edilmiş həmyerlisi barədə danışıb.

Skarlatakenin fikrincə, Reqekampf “Neftçi”də uğurlu ola biləcək:

“Düzünü desəm, onunla Azərbaycana yollanması barədə danışmamışam. Amma “Neftçi” üçün yaxşı seçim olduğunu deyə bilərəm.

O, hər zaman komandalarına hücum futbolu oynadır. Hər zaman da komandaları çox qol vurur.

Onun “Neftçi” ilə müqavilə imzalaması mənim üçün sürpriz oldu. Çünki Rumıniya qəzetləri yazırdı ki, onun yüksək məbləğlərlə təklifləri var.

Əlbəttə ki, onun hər zaman çox yaxşı təklifləri olub. Çünki yaxşı karyerası var. Ümidvaram ki, onun üçün hər şey yaxşı alınacaq”.