İtaliyanın şimalında quraqlıqla bağlı fövqəladə vəziyyət elan edilib

İtaliyanın şimalında quraqlıqla bağlı fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

İtaliyanın şimalındakı Lombardiya vilayətinin hakimiyyəti quraqlıq səbəbilə fövqəladə vəziyyət elan edib.

Trend xəbər verir ki, müvafiq sərəncamı qubernator Attilio Fontana imzalayıb.

"Mən indicə Lombardiyanın bütün ərazisini əhatə edən ciddi quraqlıq vəziyyəti ilə əlaqədar sentyabrın 30-dək regionda fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzaladım. Sərəncam, digər məsələlərlə yanaşı, bütün vətəndaşlara sudan qənaətlə istifadə etməyi, onun istehlakını lazımi minimum həddə məhdudlaşdırmağı tövsiyə edir", - deyə qubernator bildirib.

Bələdiyyələrə küçələrin təmizlənməsi, ictimai parkların və idman meydançalarının suvarılması üçün içməli suyun istifadəsini mümkün qədər məhdudlaşdırmaq tövsiyə olunub.