Kiberhücumlardan necə müdfiə olunmalı? – Ekspert Fuad Niftəliyev YAZIR

Kiberhücumlardan necə müdfiə olunmalı? – Ekspert Fuad Niftəliyev YAZIR

Azərbaycanda Mediada İnformasiya Təhlükəsizliyi uzun müddətdir müzakirə olunan mövzular arasındadır. Həllə doğru xeyli addımlar atılsa da, hələ də media resuslarımız vaxtaşırı bu kimi problemlərlə üzləşirlər.

Mövzu ilə əlaqədar olaraq Bizim.Media Kibertəhlükəsizlik üzrə ekspert Fuad Niftəliyevin xüusi yazısını təqdim edir.

Azərbaycanda Kibertəhlükəsizlik mühiti

Rəqəmsallaşan dövrdə kiberhücumların haradan gələcəyini ayırd etmək çox qəlizdir. Bilirsiniz ki, Azərbaycan Qarabağ savaşında qalib gələn bir dövlətdir. Təbii ki, bu qalibiyyət və ölkənin beynəlxalq arenadakı siyası nüfuzu bizi istəməyən qüvvələrdə qıcıq yaradır. Onlar hər bir vasitə ilə dövlətimizə müdaxilələr etmək isyəirlər. Bu müdaxilələr arasında kiberhücumlar da əsas yer tutur.

MÖVZU İLƏ BAĞLI:

Kritik informasiya təhlükəsizliyi qaydasının pozulmasına görə yeni cərimələr müəyyənləşir

“Cyberpoin” MMC-nin yaranmasının əsas səbəblərindən biri də, ölkədə kiberhücumlar haqqında əvvəlcədən məlumatlı olmaq, onlarn qarşısını almaq kimi xidmətləri həm dövlət və həm də özəl sektorlar üçün təklif etməkdir. Bizim yeni yaradılmış monitorinq mərkəzimizə qoşulan müştərilərimiz kibertəhdidlərə qarşı daha da dayanıqlı olurlar, təhdidlərlə bağlı əvvəlcədən məlumatlı olaraq baş verəcək insidentin qarşısını ala bilirlər. Təbii ki, ölkədə bu kimi xidmətlər göstərən şirkətlərin sayı çox azdır, lakin ümid edirik ki, gələcəkdə bu kimi xidmətlərin göstərilməsi üçün daha da ciddi addımlar atılacaqdır.

Vətəndaşlara tövsiyyələr:

Vətəndaşların şəxsi kompyuterləri, telefonları və ya hər hansı rəqəmsal – elektron cihazları hər zaman kiberhücum ilə qarşılaşa bilər. Təbii ki, kiberhücumun hansı tərəfdən və nə formada gəlməsini tapmaq çətin olur.

Onun üçün müxtəlif antiviruslar, əməliyyat sistemlərinin təhlükəsizliyinin aktiv olunması və s. kimi göstəriciləri aktiv etmək müəyyən bir halda kiberhücumların qarşısını ala bilər. Təəsssüflər olsun ki, ölkədə şəxsi istifadə edilən kompyuterlərin böyük bir hissəsi lisenziyasız əməliyyat sistemləri və proqram təminatlarıdır.

Crack (sındırılmış) versiyalardan istifadə özü özlüyündə 3cü tərəfə açıq portlar və kanallar verə bilər. Back door (arxa qapı) anlayışı zatən kiberhücumun ən böyük açarlarında biridir.
Məlumatların qorunması və gizliliyi üçün lisenziyalardan istifadə olunması da, tövsiyyə olunur. Həmçinin təhlükəli görünən saytlardan, smartfonların şəxsi marketlərindən (android-play market, ios – apple store) kənar tətbiqlərin yüklənməsi təhlükə mənbəyi hesab edilə bilər.

Emaillərə gələn spam tipli mesajlara reaksiya vermək, oradakı mənbəyi qeyri müəyyən olan linkləri açmaq da sizin şəxsi telefon və kompyuterlərinə müəyyən “spy”, “malware” tipli virusları yükləyə bilər.

Həmçinin son zamanlar “blokchain” texnologiyasının inkişaf etdiyi dövrdə və kriptovalyutaların mininqi (qazma) üçün müxtəlif softlar kompyuterlərə virus kimi düşə bilir və kompyuterin CPU (mərkəzi prosessor) işləməsini yükləyir bu da, kompyuterinizin resursundan istifadə etməklə şəxsi hesablarına mining fee (qazma komissiyası) əlavə edirlər.
Əlavə olaraq quraşdırılmış modemlərin login və parolları standartdan kənar olaraq dəyişilməli, quraşdırılmış kameraların 2li autentifikasiyası aktiv edilməli və s. kimi həllər sizi kiberhücumlardan bir qədər müdafiə etmiş olur.

Bizim.Media