“Ştutqart” mağazalar şəbəkəsi adını dəyişdi - VİDEO

“Ştutqart” mağazalar şəbəkəsi adını dəyişdi - VİDEO

Şirkətin adının dəyişilməsinin əsas səbəbi keçmiş ad sayılan “Ştutqart”, bildiyimiz kimi Almaniya şəhərinə məxsus ad olduğu üçün yalnız alman avtomobil markalarının məhsullarını təqdim etməyimiz kimi anlaşılırdı.

Lakin şirkət nəinki alman istehsalı avtomobillərinin, həmçinin yapon və koreya istehsalı avtomobil markalarının ehtiyat hissələrinin satışını həyata keçirirdi. Hətta 2022-ci ildən şirkət Amerika istehalı avtomobillərinin ehtiyat hissələrinin də satışına başlamışdır.

Qeyd olunan bir neçə dünya ölkələrinin avtomobil markalarının ehtiyat hissələrinin satışını həyata keçirdiyimiz təqdirdə “Ştutqart” adı ilə fəaliyyətimizin uyğun olmamasını düşünərək avtomobillərə xas olan ümumi bir ad, yəni “Şassi” adını seçdik. “Şassi” avtomobilin hərəkəti və idarəetməsi üçün zəruri olan əsas komponenlər, yəni transmissiya aqreqatları, asqı sistemi və digər avtomobilin hərəkət elementləri sayılır. Bir sözlə, avtomobilin hərəkəti və idarəetməsi üçün vacib olan komponentlərin birləşməsinə “Şassi” deyilir. Bu səbəbdən şirkətin adını ümumi avtomobilə aid olan “Şassi” sözü ilə əvəzləməyi daha uyğun hesab etdik.

Yeni adımızla yanaşı sürücülərimiz üçün yeni xidmətlər və təkliflər nəzərdə tutulub. Bunlardan biri təqdim etdiyimiz ehtiyat hissələrinə rəsmi zəmanətin verilməsidir. Bu zəmanətin üstün xüsusiyyəti ondan ibarət olacaq ki, sürücülərimiz bizdən aldığı məhsulu nəinki bizə məxsus servislərdə, hətta özünün tanıdığı, bildiyi ustada servis edə biləcəklər. Digər nəzərdə tutulan təkliflərdən biri ehtiyat hissələrinin “Faizsiz krediti”dir. Tezliklə sürücülərimiz ehtiyat hissələrini, təkərləri və akkumulaytorları faizsiz kreditlə əldə edə biləcəklər.

Ümüdvarıq yeni adımız həm bizim üçün həm sürücülərimiz üçün düşərli olar