Türkiyə şirkəti ABŞ-ın dərman istehsalçısını alır

Türkiyə şirkəti ABŞ-ın dərman istehsalçısını alır

Türkiyənin "Eczacıbaşı İlaç" şirkəti ABŞ-ın dərman istehsalçısı "Amgen"dən generik dərmanlar və əczaçılıq xammalı istehsalçısı olan "Gensenta İlaç"ın təxminən hamısını 135 milyon dollara almaq üçün müqavilə bağlayıb.

Marja Şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasına verdiyi açıqlamaya istinadən xəbər verir ki, "Gensenta"nın səhmlərinin təhvil verilməsi tənzimləyici orqanların təsdiqinə tabe olacaq.

Ödəniş payın köçürülməsi ilə eyni vaxtda olacaq.