Binəqədidə reklam lövhəsi yanıb

Binəqədidə reklam lövhəsi yanıb

Bakının Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən reklam lövhəsi 3 m² sahədə yanıb. Birinci mərtəbədə olan mağaza və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.