Transsərhəd su əməkdaşlığı Azərbaycan və Ermənistan arasında etimad yaradacaq resurslardan biridir

Transsərhəd su əməkdaşlığı Azərbaycan və Ermənistan arasında etimad yaradacaq resurslardan biridir

Son iki-üç ildə Azərbaycan bu regionu sülh və rifah zonasına çevirmək istəyir. Bu baxımdan Azərbaycan və Ermənistan arasında etimad yaratmaq üçün çox böyük resurslar var. Həmin resurslardan biri də transsərhəd su əməkdaşlığı olacaq.

AZƏRTAC xəbər verir ki, bunu “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyasının Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Həbib Mikayıllı deyib.

"Ümid edirəm ki, sərhəd zonasında yaşayan Azərbaycan və Ermənistan kənd və qəsəbələri bu məsələyə kifayət qədər aktiv qoşulacaqlar", - deyə H.Mikayıllı qeyd edib.