Sahibkarlığın İnkişafı Fondu (SİF) və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə iyunun 30-da turizm sahəsində fəaliyyət göstərən biznes subyektləri üçün onlayn maarifləndirmə sessiyası keçiriləcək.
SİF-dən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd turizm fəaliyyəti ilə məşğul olan sahibkarların güzəştli şərtlərlə maliyyə resurslarına çıxışını təmin etmək məqsədilə Fondun təklif etdiyi məhsul və xidmətlər barədə məlumatlandırılmasıdır.