Azertag.az
01:07
Yelkənçilərin final günündə mübarizəsini gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavinləri Nəzrəddin Əhmədzadə və Zaur Nağıyev, Azərbaycan DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi Rövşən Eyyubov, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Nq Ser Mianq da izləyiblər. Qalib yelkənçilərin təntənəli mükafatlandırılması mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, ASCO sədrinin müavini Zaur Nağıyev, Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianni idmançıları təbrik edib, onlara uğurlar arzulayıblar.