Sünnətdən qaçan oğlanı tutmaq üçün SƏFƏRBƏRLİK - VİDEO

Sünnətdən qaçan oğlanı tutmaq üçün SƏFƏRBƏRLİK - VİDEO

Sünnətdən qaçan oğlanı tutmaq üçün SƏFƏRBƏRLİK - VİDEO

Şanlıurfada yüzlərlə uşağın sünnət edildiyi kütləvi sünnət mərasimində bir uşaq sünnət olunmamaq üçün zaldan qaçıb.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, gülüşə səbəb olan həmin anlar həvəskar mobil telefonun kamerasına əks olunarkən, onun yaxınları qaçan uşağı tutmaq üçün səfərbər olub.

Şanlıurfada xeyriyyəçi bir iş adamının hər il ənənəvi olaraq təşkil etdiyi kütləvi sünnət mərasimində bu il yüzlərlə uşaq sünnət edilib.

Sünnət növbəsi çatan bir uşağın zaldan qaçması mərasimdə rəngarəng anlara səhnə olub. Həmin anlar həvəskar mobil telefon kamerasına əks olunarkən, yaxınları sünnətdən qaçan oğlanı tutmaq üçün səfərbər olublar.

Sünnət olunmamaq üçün qaçan uşaq mərasimin keçirildiyi yas mərasimləri üçün nəzərdə tutulan binanın qarşısında dəqiqələrlə qaçıb. Uzun müddət valideynləri və digər qohumları tərəfindən təqib edilən uşağın sünnət edilməməsi üçün mərasimdən qaçması saniyələr ərzində həvəskar kameraya düşüb. Həmin anlarda uşağın onu tutmağa çalışan qohumlarından qaçması onun yaxınlarının gülümsəməsinə səbəb olub.

Mərasimi təşkil edən Abdulkadir Karakuş 10 ildir ki, ənənəvi olaraq sünnət mərasimini keçirdiklərini bildirib. Yüzlərlə uşağı sünnət etdirərək ailələrini sevindirdiklərini dilə gətirən Karakuş, ailələrin xeyirxah iş adamına təşəkkür etdiyini bildirib.