Azərbaycanlı hücumçu bu ölkədə ən yaxşı seçildi

Azərbaycanlı hücumçu bu ölkədə ən yaxşı seçildi

İsveçrə Super Liqasında 3-cü turun ən yaxşı futbolçusunun adı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “Qrasshopper”də çıxış edən Azərbaycan millisinin üzvü Renat Dadaşov ən yaxşı seçilib.

Forvard 3-cü turda “Yanq Boyz”la görüşdə (1:1) komandasının yeganə qolunu vurub.

Renat “Qrasshopper”lə iyulun 9-u 2+1 illik müqavilə imzalayıb.