Bakıda Göyçay rayon sakini bıçaqlanaraq ağır vəziyyətə düşüb

Bakıda Göyçay rayon sakini bıçaqlanaraq ağır vəziyyətə düşüb

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ürək nahiyyəsindən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 148 nömrəli məktəbin qarşısında Göyçay rayon sakini 1983-cü il təvəllüdlü Əliyev Dilqəm Nazim oğlu naməlum şəxs tərəfindən ürək nahiyyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış işləri aparır.