"Həyat yoldaşım İslamı qəbul edib, hicab taxır" - Jah Xalib

"Həyat yoldaşım İslamı qəbul edib, hicab taxır" - Jah Xalib

Azərbaycan əsilli məşhur reper Jah Xalib (Bəxtiyar Məmmədov) "Орта" video podkastının qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı müsahibəsi əsnasında həyat yoldaşı və yeni doğulan körpəsi haqqında danışıb. O, həyat yoldaşının İslam dinini qəbul etdiyini vurğulayıb:

"Həyat yoldaşım ukraynalıdır, İslamı qəbul edib. Bir dəfə ona baş örtüyü taxmağını təklif etdim. Mövzuya başqa yerdən yön verdim. Afrikalı qadınların başlarına taxdığı şərflərdən tapdım. Onlar bunu başa gözəl bağlayırlar. Həyat yoldaşım da Afrika mədəniyyətini və musiqisini sevir. Dedim, bax necə qəşəngdir. Ona bir şəkil göstərdim. O, ilk vaxtlar türban kimi taxmağa başladı.

Tez bir zamanda buna öyrəşdi. Vaxt keçdikcə baş örtüyü ilə müxtəlif tərzlərdə təcrübələr aparmağa başladı. Bundan sonra ona hicabını çıxarıb bayıra çıxmağını və özünü necə hiss edəcəyini görməsini təklif etdim. Artıq 3-4 aydır hicabda olduğu üçün çölə çıxanda özünü çılpaq, təhlükədə hiss etdiyini dedi.

Qastrol səfərində olanda həyat yoldaşım şəhərin mərkəzində gəzəndə kimsə ona sataşsa, başıbağlı olduğunu görən müsəlman qardaşım mənim yerimə onu qoruyacaq. Rahat olacağam ki, həyat yoldaşıma küçədə pis gözlə baxmayacaqlar, o təhlükəsizlikdə olacaq".

Yeni ata olan reper yaşadığı hisslərini də bölüşüb:

"Hələ atalıq haqqında tam məlumatlı deyiləm. İlk uşaq olanda olur... Anlaşılmazlıq içindəyəm. Kişilərdə qadınlarda olduğu kimi analıq instinkti yoxdur. Amma çox xoşbəxtəm. Qastrol səfərində onun şəklinə baxıram, onunla görüşməyi səbirsizliklə gözləyirəm. Bu inanılmaz xoşbəxtlikdir, necə izah edəcəyimi bilmirəm".

Qeyd edək ki, Jah Xalibin bu ilin iyununda Sofiya adlı qızı olub.

Milli.Az