"Bavariya" Bundesliqanın startında Avropa Liqasının qalibini məğlub edib

"Bavariya" Bundesliqanın startında Avropa Liqasının qalibini məğlub edib

Futbol üzrə Almaniya Bundesliqasının birinci turunda "Bavariya" klubu "Ayntraxt"ın qonağı olub.

Trend xəbər verir ki, oyun qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Bavariyanın" heyətində qolları Yozua Kimmix (5-ci dəqiqə), Benjamen Pavar (10), Sadio Mane (29), Camal Musiala (35,83) Serj Qnabri (43) vurublar, "Ayntraxt"ın yeganə qolunu isə Randal Kolo Muani (64) vurub.