Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb

Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb

Rusiyada son sutkada 19 974 nəfərdə koronavirus aşkarlanıb. Bu martın 30-dan bəri qeydə alınan ən böyük yoluxma sayıdır.

PİA.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, virusun aşkarlandığı 2 141 nəfər xəstəxanaya yerləşdirilib.

Eyni dövr ərzində 10 743 nəfər sağalıb, 46 nəfər isə vəfat edib.

Beləliklə, Rusiyada indiyədək 18 692 396 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 382 697 nəfər ölüb, 18 030 626 nəfər sağalıb. Ölkədə 279 073 aktiv koronavirus xəstəsi var.