Azərbaycanda ilk dəfə meşədən yığılan - ODUNCAQLAR HƏRRACA ÇIXARILIB – HƏCMLƏR, QİYMƏTLƏR, FOTOLAR 

Azərbaycanda ilk dəfə meşədən yığılan - ODUNCAQLAR HƏRRACA ÇIXARILIB – HƏCMLƏR, QİYMƏTLƏR, FOTOLAR 

Azərbaycanda ilk dəfə olaraq meşələrdən yığılan müxtəlif təyinatlı oduncaqlar hərraca çıxarılıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Meşələrin İnkişafı Xidməti birlikdə meşə təsərrüfatlarından əldə edilmiş işlik oduncağın satışı məqsədilə ilk dəfə açıq hərrac keçirib.

FED.az-ın məlumatına görə, hərraca ümumilikdə 524kubmetr müxtəlif cinsli işlik odunceq materialı çıxarıb.

Hərraca çıxarılan meşə materialları Qəbələ, Oğuz və Şabran rayonlarının meşə təsərrüfatlarında meşələrdən taplananlardır. Bura palıd, qoz, qızılağac, şabalıd, göyrüş, ağcaqayın, fısdıq, qovaq, vələs, cökə ağaclarının oduncaqları çıxarılıb.

Hərraca 18 ədəd oduncaq topaçı çıxarılıb onların həcmi 1,5 kubmetrdən başlayaraq 244 kubmetrə qədər dəyişir.

Oduncaqların ilkin qiymətləri 1 kubmetrə görə 70-350 manat arasındv dəyişir. Ən bahalı oduncaq qoz və şabalıd ağacıdır – 350 manat, qovaq və vələs ağacları 70-80 manata, qalan ağac növləri isə 100-120140 manat satışa çıxarılıb.

Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov «Real TV»yə müsahibəsində bildirib ki, hərracda iştirak üçün 10 nəfər ilkin ödəniş edərək müraciət edib, hərracda oduncaqların 400 m3-i satılıb.