Qızı Hacıbaba Hüseynovun qavalına qoyduğu qiyməti açıqladı

Qızı Hacıbaba Hüseynovun qavalına qoyduğu qiyməti açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova atasına məxsus qavalı satışa çıxardığını açıqlayıb.

Axşam.az xəbər verir ki, onun qavala qoyduğu qiymət ortaya çıxıb. Bu haqda S.Hüseynova "Günün sədası" proqramında deyib. Bildirilib ki, qaval 100 min manata satışa çıxarılıb.

"Həyatımdakı problemləri yoluna qoymaq üçün bu qiymətə sata bilərəm. Bundan illər əvvəl həmin qavalı 150 min dollara istəyirdilər. Amma yuxuma da girməzdi ki, mən qavalı sataram" deyə, Sədaqət Hüseynova söyləyib.