Bella Hadiddən Fələstinə dəstək

Bella Hadiddən Fələstinə dəstək

Bella Hadiddən Fələstinə dəstək

İsrail ordusu Fələstinin mühasirədə olan Qəzza şəhərinə hava zərbəsi endirib. Nəticədə beş yaşlı uşaq da daxil olmaqla on nəfər ölüb, 55 nəfər yaralanıb.
Sonxeber.az xəbər verir ki, fələstin əsilli məşhur model Bella Hadid İsarilin Fələstnə hücumunda ölən və yaralanan şəxslərin görüntülərini İnstagram hesabında paylaşaraq Fələstinə dəstəyini ifadə edib. O, ölən 5 yaşlı uşağın videosunu paylaşaraq "nur içində yat gözəl körpə" deyə qeyd edib.
Model həmçinin vurğulayıb ki, İsrail Fələstinin Qəzza şəhərini 15 il mühasirədə saxlamaqla əhalinin elektrik, içməli su və müalicə üçün dərmanlarını məhdudlaşdırır. Ötən il İsarilin Qəzzaya hücumu nəticəsində 64-ü uşaq olmaqla azı 220 fələstinli ölüb.
Şəbnəm Lətifi