PSJ-nin Qaltye ilə müqaviləsi təsdiqini tapmadı

PSJ-nin Qaltye ilə müqaviləsi təsdiqini tapmadı

Fransa Futbol Federasiyası PSJ-nin yeni baş məşqçisi Kristof Qaltyenin müqaviləsini təsdiq etməyib.

Qol.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Qurumun qərarına səbəb UEFA Pro lisenziyası ilə bağlı problemlər olub. 55 yaşlı mütəxəssis iyul ayında Paris klubunun başına keçib.

Çalışdırıcı Pro lisenziyasını təsdiq etməli idi. Bu isə hər 3 ildə bir dəfə edilməlidir. Qaltye hazırkıdurumda tələbləri tez bir zamanda yerinə yetirmək üçün yazılı öhdəlik götürərək federasiyaya müraciət etməli olacaq. Ehtimal edilir ki, bu, növbəti beynəlxalq fasilələrdən birinə qədər baş verəcək.