Ukrayna Dövlət Təhlükəsizlik Xidməti Rusiyanın Nikolayev bölgəsinə raket zərbələri endirməyə kömək edən iki nəfəri saxlayıb.Bu barədə Xidmətin "Telegram" kanalında məlumat yayılıb.Bildirilib ki, saxlanılan şəxslər Ukraynanın cənubunda yerləşən şəhərdə hədəfləri müəyyən etməyə kömək edib:"İki şəxs mühüm infrastruktur obyektləri, yanacaq anbarları, Silahlı Qüvvələrin şəxsi heyətinin, texnikasının sayı və yerdəyişməsi barədə kəşfiyyat məlumatları toplayıb düşmənə ötürüb".