"Kişiyə görə övladını atan, ailəsini dağıdan qızlar var. Küçə qadınına görə ailələrini dağıdan kişilər də var".
Bu sözləri Əməkdar artist Cavanşir Məmmədov deyib. "Gəl danış" verilişində qonaq olan sənətçi kişi-qadın münasibətlərindən danışıb:
"Bunları görmüşük, biz bilirik. Bu məsələlər günü-gündən çoxalır. Alfons oğlanlar, qadın hesabına yaşayan kişilər çoxdur. Xanımlar da rahat yaşamaq istəyir".