“Xəyyam“ peyki İranın sifarişi ilə Rusiya şirkətləri tərəfindən hazırlanıb - Səfirlik 

“Xəyyam“ peyki İranın sifarişi ilə Rusiya şirkətləri tərəfindən hazırlanıb - Səfirlik 

"2022-ci il avqustun 9-da Rusiya Federal Kosmik Agentliyinin sədri Yuri Borisov İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepurun sədrliyi ilə İrandan gəlmiş bir qrup heyətlə görüşüb".

xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfirliyi "Xəyyam" peykinin Yerin orbitinə buraxılmasının görüntülərini "Insagram"da paylaşaraq yazıb.

"Bu görüş iranlı nümayəndə heyətinin İranın sifarişi ilə Rusiya şirkətləri tərəfindən hazırlanan "Xəyyam" peykinin Yerin orbitinə buraxılmasına baxmaq üçün Baykonur kosmodromuna səfəri zamanı baş tutub", - səfirliyin paylaşımında vurğulanıb.

Qeyd edək ki, "Xəyyam" peyki avqustun 9-u səhər saatlarında Rusiyanın "Soyuz" peyk raketi ilə Qazaxıstandakı Baykonur kosmik bazasından Yerin orbitinə buraxılıb.
"Xəyyam" peykinin İran Kosmik Təşkilatının tədqiqatçıları tərəfindən peyk məlumatlarını təmin etmək və kosmos sənayesinin kənd təsərrüfatı və ətraf mühit kimi sahələrdə tətbiqlərini inkişaf etdirmək məqsədilə istehsal olunduğu iddia olunur. Lakin bir çoxlarının fikrincə, İran və Rusiya həmin peykdən hərbi məqsədlər üçün istifadə edəcək.

Turan Rzayev,