Çində yeni virus yayılıb

Çində yeni virus yayılıb

Həkimlər Çində onlarla insanı yoluxduran yeni virusla bağlı növbəti dəfə həyəcan təbili çalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Şərqi Henan və Şandun əyalətlərində 35 nəfərdə “Langya” henipavirusu (və ya LayV) aşkar edilib. Mütəxəssislər virusun heyvanlardan, o cümlədən siçanlardən keçdiyini düşünürlər. Siçanlar köstəbək və kirpi ilə eyni ailədən olan kiçik, gəmirici məməlilərdir.

Bu yaxınlarda dərc edilmiş bir araşdırma virusun insanlarda ilk dəfə 2019-cu ildə aşkar edildiyini, ən son halların bu il ortaya çıxdığını bildirib.