Yuxuda ölmüş birini görmək nə vəd edir?

Yuxuda ölmüş birini görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də ölmüş birini görməkdir. Bəs, yuxuda ölən şəxsi görmək nə vəd edir?

Lent.az yuxuda vəfat etmiş birini görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda ölmüş birini görmək, yaxşı əlamət hesab olunur. Həmçinin, belə yuxu iş həyatında maddi rahatlıq deməkdir.
Yuxuda ölən birini görən şəxs uzun müddətdir görmədiyi tanışı ilə görüşəcəyinə işarədir. Belə yuxular adətən iş və sosial həyatda yaxşı uğurlar əldə etmək, gələcək narahatlıqların sona çatması kimi yozulur.

Bunlarla yanaşı, ölmüş birini yuxuda görmək, həmin adama olan həsrəti ifadə edir. Yuxu sahibinin ölən şəxs üçün darıxdığını bildirir.

Yuxuda ölmüş şəxsi canlı görmək əlində olanlara, yanındakı insanlara dəyər verəcəyi anlamına gəlir. Həmçinin, yuxu sahibinin müəyyən qədər çətinliklər çəkəcəyinə və bununla bağlı ailəsindən dəstək alacağını bildirir.

Yuxuda ölən şəxslə söhbət etmək, əziyyət çəkdiyiniz bütün məsələlərə, çətinliklərə son qoyulacağını ifadə edir. Belə yuxu xəyalpərəstin mənəvi rahatlıq tapacağına da işarədir.

Yuxuda ölü yumaq xəyalpərəstin çatışmazlıqlarının olduğu anlamına gəlir və bununla bağlı yuxu görən şəxsin öz yaxınına dəstək olması ilə əlaqələndirirlər.

Yuxuda ölmüş birini qara paltarda görmək xəyalpərəstin əzab çəkdiyini bildirir. Müəyyən çətinliklərlə başa çıxa bilmədiyinə işarədir.

Yuxuda öləcəyini görmək bəzən insanları narahat edir. Amma bu cür yuxu görən zaman qorxmaq lazım deyil. Çünki yuxuda öldüyünü görmək həyatınızdakı hər şeyin yaxşı gedəcəyinə dəlalət edir. Hətta bəzən belə yuxuların xəyalpərəstin ömrünün uzandığı kimi də rəvayət olunur.

Bəs, yuxuda vəfat etmiş valideynləri görmək necə yozulur? Yuxu yozanlar bildirir ki, yuxuda ölən valideynlər görülürsə, bu həmin şəxsin tezliklə onların məzarlarını ziyarət etməsi üçün bir işarədir.