Qabarlardan necə xilas olmaq olar?

Qabarlardan necə xilas olmaq olar?

İnsanları ən çox narahat edən məsələlərdən biri də əllərdə və ayaqlarda olan qabarlar, çatlamalardır. Qabaqlar ən çox əl və ayaqlarda olur.

Qabarlara toxunanda insanı ağrıdır. Küçədə gedərkən ayaqqabı qabarlı ayağa ağlasığmaz ağrılar verir. Bu zaman insan normal hərəkət edə bilmir.

Bəs qabarlardan necə xilas etmək olar?

Bunun üçün ev şəraitində qabarları müalicə etmək mümkündür. Qabarlara yaxşı təsir edən epsom duzudur. Bunun üçün epsom duzunu isti suda həll etmək lazımdır.

Daha sonra təmiz tənzifi duzlu suya batırıb, qabarların üstünə sürtmək olar. Bundan sonra yumşalan qabarları ehmalca ovaraq təmizləyib, duzlu suya batırılan tənziflə bağlamaq mütləqdir. Bir litr isti suya 4 xorək qaşığı epsom duzu qatırlar.

Əgər qabarlar daha sərtdirsə, o zaman epsom duzu həll edilmiş isti su ilə ayaqları yumaq lazımdır. İmkan daxilində ayaqları bu suda saxlamaq xeyirlidir. Tam təsir etməsi üçün bunu 3 həftə hər gün etmək olar.

Digər vasitələrdən biri də alma sirkəsidir. Tənzifi alma sirkəsinə batıraraq ayaqları silmək və sirkəyə batırılmış pambıqla qabarı bağlamaq olar. Bu üsul ilə müalicə bir həftə, yaxud daha uzun sürə bilər.

Qabarların müalicəsi üçün banan qabığından da istifadə etmək xeyirli üsullardandır. Bunun üçün bananın qabığını qabarlar olan yerə qoymaq və onu bağlamaq gərəkir. Yaxud da, banan qabığını qabarların üstünə ovmaq olar.

Daha sonra tənzif ilə bağlayıb, corab geyinmək lazımdır.