“McDonald’s” Ukraynaya qayıdır

“McDonald’s” Ukraynaya qayıdır

Amerikanın “McDonald’s” şirkəti Ukraynada bəzi restoranlarını açmaq qərarına gəlib. Editor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Nazir qeyd edib ki, Amerikanın böyük şirkətinin Ukraynaya qayıtması böyük əhəmiyyət kəsb edir. Çünki bu, ilk növbədə, müharibə zamanı belə Ukraynada işləməyin mümkün olduğuna işarədir.

Şirkətdən verilən rəsmi açıqlamada işçilərin işə qayıtmaq arzusunun güclü olduğu bildirilib.

“Növbəti bir neçə ay ərzində biz restoran təchizat zəncirlərini yenidən qurmaq, restoranları müştərilərə xidmət üçün hazırlamaq, restoran işçilərini və işçilərini iş mühitinə qaytarmaq, əməkdaşlarımızın və müştərilərimizin təhlükəsizliyini qorumaq üçün qabaqcıl prosedurlar və protokolları həyata keçirmək üçün tərəfdaşlarla işləyəcəyik”,- deyə “McDonald’s”ın Facebook səhifəsində məlumat verilir.