Pandemiyaya səbəb olacaq yeni virus meyvə ilə yayılır - Lanye virusu nədir?

Pandemiyaya səbəb olacaq yeni virus meyvə ilə yayılır - Lanye virusu nədir?

Ötən həftədən Çində aşkarlanan və artıq 40 insanın yoluxduğu yeni xəstəlikləri alimləri qorxudur.

Sfera.az medicina.az-a istinadən bildirir ki, Çin alimləri insan və heyvanları yoluxdura bilən ölümcül təhlükəli henipavirusun əvvəllər məlum olmayan növünü aşkar ediblər. Yeni patogen Lanye virusu (LayV) adlandırılıb.

Görünən simptomlar öskürək, qızdırma, zəiflik, əzələ ağrısı, ürəkbulanma və başağrısıdır.

İndiyədək yoluxmuşlar arasında heç bir əlaqə aşkar edilməyib və onların yaxınlarında xəstəlik əlamətləri yoxdur. Bu, virusun insandan insana ötürülməsinin mümkün olmadığına ümid etməyə imkan verir.

Ümumiyyətlə, patogen henipavirusun Nipah növünə (NiV) bənzəyir, lakin Lanye vəziyyətində həkimlər hələ ki, ölüm və ya ağır gedişat müəyyən etməyiblər.

Qeyd edək ki, henipavirus yarasalar, siçanlar tərəfindən yayılır və yoluxmuş heyvanın tüpürcəyi ilə çirklənmiş meyvəni yeyən insanlara ötürülür. Ona qarşı nə dərman, nə də vaksin var və xəstəliyin ölüm nisbəti 40-75% arasında dəyişir (Koronavirusun göstəricilərindən yüksəkdir).