Hər gün yediyimiz bu 2 məhsul insultdan da qoruyur

Hər gün yediyimiz bu 2 məhsul insultdan da qoruyur

Əksəriyyətimiz səhər yeməyində kərə yağı və pendir yeyirik.

Bu çox faydalı qida vərdişidir. Amerika alimləri aşkar ediblər ki, məhz bu 2 məhsulun gündəlik istehlakı bizi insultdan qoruyur.

Əvvəllər belə hesab olunurdur ki, yağlı süd məhsulları (yağ, pendir, xama və s.) orqanizmdə xolesterinin səviyyəsini və nəticəd ürək-damar sistemi xəstəliklərinin riskini artırır. Bu səbəbdən həkim və diyetoloqlar yağlı süd məhsullarından imtina etməyi və yağsız süd məhsullarının istehlakına keçməyi tövsiyə edirdilər.

Lakin son araşdırmalar göstərib ki, məhz yağlı süd məhsullarında olan yağlı turşular ürək və damarları qoruyur, insultun riskini azaldır.

Həmçinin süd məhsulları kalsiumla zəngindir.

Day.Az saglamolun.az-a istinadən bildirir ki, bu maddə tək sümük və oynaqlar üçün deyil, ürək üçün də çox vacibdir. Kalsium ürək əzələsinin normal fəaliyyətini təmin edir, arterial təzyiqi tənzimləməyə yardım edir. Alimlər sübut ediblər ki, qanda kalsiumun səviyyəsi aşağı olan insanlarda ürəyin ani dayanması riski yüksək olur.

Mütəxəssislər kalsiumu xüsusi preparatlardan deyil, təbii mənbələrdən, əsasən süd və süd məhsullarından almağı çağırır. Preparatlardan olan kalsium orqanizm tərəfindən pis mənimsənilir və damarlarda yığılır ki, bu da damarların sağlamlığını pozur ürək və damar xəstəliklərin riskini artırır.