Bir neçə gün sonra möhtəşəm təbiət hadisələrinə şahid olacağıq - FOTO

Bir neçə gün sonra möhtəşəm təbiət hadisələrinə şahid olacağıq - FOTO

2022-ci ilin avqustunda ilin sonuncu Super Ayı görünəcək. Onu avqustun 12-si cümə axşamı gecə saatlarında müşahidə etmək mümkündür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həmin gün Ay Yerə ən yaxın məsafədə olacaq. Bu səbəbdən adi günlərdə müşahidə olunan bədirlənmiş Ayla müqayisədə 14 faiz böyük və 30 faiz daha parlaq görünəcək. Təbiət hadisəsinə baxmaq üçün ən yaxşı vaxtın Bakı vaxtı ilə saat 04:36 olacağı proqnozlaşdırılıb.

Onu da qeyd edək ki, avqustun 11-dən 13-dək gecə səmada perseidlər - meteor yağışı da olacaq.

Yeri gəlmişkən, xatırladaq ki, il başlayandan bəri may, iyun və iyul aylarında - üç dəfə Super Ay görünüb.