Bu ölkə bundan sonra yalnız zəngin turistləri qəbul edəcək

Bu ölkə bundan sonra yalnız zəngin turistləri qəbul edəcək

Yeni Zelandiyanın Turizm Naziri Stüart Neş deyib ki, ölkə gündə 10 dollarlıq səyahət edənləri deyil, yalnız varlı turistləri hədəf almalıdır.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Nazir səyahət zamanı qənaət etmək istəyən turistlərdən narazılığını bildirib.

"Marketinq siyasətimizin istiqamətinə gəlincə, bu şübhəsiz ki, yüksək keyfiyyətli turistlərə yönəldiləcək. Biz "backpacker"ləri salamlayacağıq, amma feysbukda gündə 10 dollara ölkəmizi necə gəzdiklərini, hazır əriştə yeyən insanları hədəfə almayacağıq" - Neş qeyd edib.

Neş artıq Yeni Zelandiyanın zəngin insanları hədəf alacağını və məhz belə turistləri cəlb etməyi hədəfləyəcəyini söylədi. Onlar, nazirin dediyi kimi, "iznes klass və ya premium ekonom uçurlar, helikopter icarəyə götürürlər, Frans İosif buzlağına tura çıxırlar, sonra isə bahalı restoranda yemək yeyirlər".

Otaqo Universitetinin professoru və turizm eksperti Ceyms Hayqamın sözlərinə görə, "varlı insanların" Yeni Zelandiyanın inkişafına daha az büdcəyə malik səyahətçilərdən daha çox töhfə verməsi ilə bağlı fərziyyə araşdırmalar tərəfindən dəstəklənmir. Bundan başqa, onun sözlərinə görə, zəngin turistlər digər səyahətçilərə nisbətən ətraf mühitə daha çox ziyan vururlar.

Pandemiyadan əvvəl turizm sənayesi Yeni Zelandiya iqtisadiyyatına ÜDM-in 9,3%-ni qazandırırdı.

Murad