İlon Mask yeni sosial media platforması yaradacaq

İlon Mask yeni sosial media platforması yaradacaq

"Twitter"i satın almaqdan imtina qərarından sonra sosial media platforması ilə məhkəməlik olan “Tesla” şirkətinin rəhbəri İlon Mask öz sosial media platformasını qura biləcəyinə işarə edib.

xəbər verir ki, "Twitter"də istifadəçilərdən biri Maska "Əgər Twitterlə bağlı razılıq əldə olunmasa, öz sosial media platformanızı qurmağı planlaşdırırsınızmı?" sualına sadəcə “X.com” yazmaqla cavab verib.

Qeyd edək ki, E. Mask 1999-cu ildə ortaqları ilə internet bankçılıq saytı olaraq "X.com"u qurub və şirkət daha sonra rəqabət apardığı qurumlarla birləşib.

Turan Rzayev,