“Babamı sonuncu dəfə görəndə...” — Heydər Camalın nəvəsi

“Babamı sonuncu dəfə görəndə...” — Heydər Camalın nəvəsi

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinə Rusiyadan qatılanlardan biri də Mansur Camal olub.

"Qafqazinfo" xəbər verir ki, Mansur Camal Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına müsahibə verib və babası ilə bağlı xatirələrini, eləcə də ilk dəfə baba yurdu Şuşada olmağın sevincini bölüşüb.

Qeyd edək ki, o, məşhur ilahiyyatçı, şərqşünas-islamşünas alim və filosof Heydər Camalın nəvəsi və rejissor-jurnalist Orxan Camalın oğludur. Əslən Şuşadan olan ata-oğul Camallar Rusiya informasiya məkanında hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə etməklə məşhurlaşıblar.