Urqant aylar sonra kamera qarşısına keçdi - VİDEO

Urqant aylar sonra kamera qarşısına keçdi - VİDEO

Şoumen İvan Urqant “GeekBrains” təhsil resursunun "İT-ə Axşam Səyahəti" adlı İT üzrə özünün də iştirak edəcəyi onlayn seminarın reklamında rol alıb. Seminar avqustun 26-da baş tutacaq.

Publika.az xəbər verir ki, video platformanın yutub kanalında və VK sosial şəbəkəsində yayılıb.

Qeyd edək ki, İvan Urqant Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatına açıq şəkildə qarşı çıxdıqdan sonra onun “Urqantlı axşam” şousu yayımdan çıxarıldı. Güman edilir ki, aparıcının siyasi mövqeyi buna səbəb olub. Birinci Kanal isə “Urqantlı axşam”ın dayandırılmasını bütün əyləncə proqramlarının yayımdan çıxarılması ilə izah edib.

Urqantın Rusiyadan mühacirət etdiyi, habelə Moskvadakı daşınmaz əmlakını satdığı deyilsə də, şoumen bu xəbərləri təkzib edib.