Krımda rusların 400 milyonluq təyyarəsi vurulub - Forbes

Krımda rusların 400 milyonluq təyyarəsi vurulub - Forbes

Avqustun 9-da Krımın “Saki” aerodromunda silsilə partlayışlar zamanı təxminən 400 milyon dollarlıq təyyarə məhv edilib.

Axar.az xəbər verir ki, “Forbes” nəşri məlumat yayıb.

“Bir çox fərziyyələr olsa da, böyük ehtimal Rusiya təyyarələrinin zərbədən sonra itkiləri bunlardır: səkkiz Su-27, dörd Su-30SM, beş Su-24, altı Mi-8 helikopteri və bir İl-20. Bu, ümumilikdə təqribən 380 milyon dollar təşkil edir”.