Azərbaycanda əlillər üçün şərait olmayan obyektlərdən – ŞİKAYƏTLƏR BAŞLAYIR – YENİ LAYİHƏ

Azərbaycanda əlillər üçün şərait olmayan obyektlərdən – ŞİKAYƏTLƏR BAŞLAYIR – YENİ LAYİHƏ

Azərbaycanda yaradılan əlilliyi olan şəxslər üçün şərait olmayan yerlərdən şikayət etmək üçün yeni startap yaradılıb.

Eləcə də bax: Azərbaycanın yük avtomobilləri startapı ABŞ bazarına daxil olmağa hazırlaşır – YENİLİK - VİDEO

FED.az xəbər verir ki, «Keka maps» proqramı Azərbaycanda yeni yaradılıb. Onun vasitəsilə əlilliyi olan şəxslər şəraitsiz yerləri işarə edib şikayət edə bilərlər.

FED.az xəbər verir ki, tətbiqin müəllifi əlillər üçün geyim biznesi ilə məşğul olan Məhəmməd Kekalovdur. O. əlilliyi olan şəxslərin hərəkət çətinliyi ilə həm işindən, həm də ailəsindən tanışdır.

Onun bir il əvvəl vəfat etmiş nənəsi görmə məhdudiyyəi olan şəxs olub və Məhəmməd onun hərəkət zamanı çətinliklərini görüb: «Onun əziyyətlərini görmüşəm, onu harasa aparıb gətirəndə vəziyyəti görürdüm. Mən sosial saibkar olaraq əlillərlə çalışıram və bilirəm ki, əlillər hansı logistika problemləri ilə rastlaşırlar».

Proqram sadə və istifadə üçün rahatdır. Pandus və digər çətinliklərlə üzləşən əlillər «Keka məps»ə daxil olaraq həmin yeri və şikayət etmək istədiyi ünvanı seçir.

Bu hər yer ola bilər, ictimai bina – supermarket, hökumət binaları və sair. Bu zaman proqram istifadəçiyə 5 sual verir. Bu suallar - panduslar, giriş təkərli oturacaqlar üçün kifayət qədər genişdirmi? Orada tualetlər və ya lift varmı, burada brayl hərfləri təmin edilibmi və sair. Şikayət edərkən istifadəçilər həmin yerin şəkillərini da əlavə edə bilərlər.

Şikayətlər email şəklində cavabdeh dövlət qurumlarına - Bakı meriyasına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönəldilir. Əlilliyi olan şəxslər bu yeniliyi bəyəniblər, artıq şikayətlər toplanmağa başlayıb.

Vizualizasiya (Video): (Əlilliyi olan şəxsin Kekalov məps saytından istifadə etmək kadrları)

Proqram hələlik yalnız Bakıda işləyir, amma gələcəkdə bütün ölkəni əhatə edəcək. Əlilliyi olan şəxslərin hərəkət imkanlarının artırılması onların həm təhsil, həm də iş qabiliyyətlərini yüksəlməsinə kömək edəcək. Bu da onların cəmiyyətə daha yaxşı inteqrasiyasına və özlərini cəmiyyətin tamhüquqlü üzvü saymasına imkan yaradacaq.