80 % dəqiqlik: İsrail alimləri zəlzələlərin proqnozlaşdırılmasında yeni metod aşkar edib

80 % dəqiqlik: İsrail alimləri zəlzələlərin proqnozlaşdırılmasında yeni metod aşkar edib

İsrailin Ariel Universitetinin alimləri zəlzələlərin 48 saat öncə və 80 % dəqiqliklə proqnozlaşdırılmasının yeni metodunu kəşf edib.

Moderator.az xəbər verir ki, bu barədə "Nauka i jizn İzrailya" ("İsrailin elm və həyatı") nəşri yazıb.

Tədqiqatçılar seysmik hərəkət əsasında zəlzələnin maqnitudasını ölçən şkala üzrə Mw 6-dan çox olanları güclü zəlzələlər kimi müəyyən edib.

Tədqiqatçılar komandası tərəfindən işlənib hazırlanan metod onlara elektron yükünün sıxlığını hesablamaq üçün ionosferdə elektronların ümumi miqdarının GPS-kartının məlumatlarına tətbiq edilən maşın təliminin dayaq vektorlarının (SVM) maşın metodunu gerçəkləşdirməyə imkan verib.

Bu texnikanın köməyilə onlar müəyyən edib ki, zəlzələni 80 % dəqiqliklə öncədən proqnozlaşdırmaq mümkündür.

Üstəlik, tədqiqatçılar həmçinin zəlzələnin göstərilən sahədə 85, 7 % dəqiqliklə nə zaman baş verəcəyini də dəqiq proqozlaşdırmağı bacarıb.