“Mənəviyyat cəhətdən varlıyam, maddiyat tərəfdən isə indiyə qədər böyük pulum olmayıb”

“Mənəviyyat cəhətdən varlıyam, maddiyat tərəfdən isə indiyə qədər böyük pulum olmayıb”

“Cavanlıq illərimdən bir xüsusiyyətim var. Əgər dostlarla oturub yemək yeyərdimsə, öncə o yediyim yeməkdən evə, ailəmə, balalarıma göndərirdim. Deyirdim ki, “filankəs bunu mənim ailəmə çatdır”. Sonra oturub rahat özüm yemək yeyərdim. Ailəcanlı biriyəm. Mən ailəmsiz iştirahətə getməyi xoşlamıram. Azərbaycandan da kənara getmirəm, maşallah səfalı yerlərimiz çoxdur. Hər yay elə öz ölkəmizdə istirahət edirik, Allahın bu gününə şükür” Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Yusif Mustafayev deyib. O daha sonra əlavə edib.

“Bəzən imkanlı, varlı sözünü qarışdırırlar. Şərt o deyil ki, sənin varın, dövlətin olsun. İnsan mənəviyyat cəhətdən də varlı olmalıdır. Mənim maddiyat tərəfdən elə də var dövlətim yoxdur. Var dövlətim insanların mənə, mahnılarıma olan sevgisidir. Şərt o deyil ki, villalarım, evlərim, mülklərim olsun. Mənəviyyat tərəfdən çox varlıyam, amma maddiyat tərfdən bir tikə çörəyimi tapıb, Allaha şükür edirəm. Evimdə indiyə qədər böyük miqdarda pulum olmayıb, məni tanıyan insanlar da bunu yaxşı bilir. Hansı insanın qapısını döysəm mənə bir parça çörək verəcək, bax mənim varım budur” deyə sənətkar bildirib.

Sənətkar insanların nankorluğundan da danışıb.

“Nankor insanlardan çox qorxuram. Səninlə “salam-məleyk” edən insan daha sonra sənə qarşı çıxır, düşmənçilik edir. Heç vaxt ona etdiyim yaxşılıqdan təəssüf hissi keçirməmişəm. Deməmişəm ki, “Ay Allah, bilsəydim o yaxşılığı ona etməzdim”. O adam pisliyindən əl çəkmirsə, sən də yaxşılğından əl çəkmə. Mən dünyanı belə görürəm” deyə Yusif Mustafayev bildirib.